"Gələn ilin sonunadək Bakı-Gəncə sürət qatarı açıla bilər" - Cavid Qurbanov

"Gələn ilin sonunadək Bakı-Gəncə sürət qatarı açıla bilər" -


"Azərbaycanın regionlarında da sürət qatarının hərəkət etməsi mümkündür".

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Düzdür, sürət qatarı dedikdə 400-500 km/saat sürəti olan qatarı nəzərdə tutmuruq, amma 100, 120, 140, 150 km/saat sürətlə hərəkət edən qatar əldə edə bilərik. 1-2 ay yubanma ola bilər, amma çalışacağıq ki, gələn ilin sonunadək Bakı-Gəncə marşrutu üzrə sürət qatarı hərəkət etsin", - deyə C. Qurbanov qeyd edib.

C. Qurbanov əlavə edib ki, qatarda gediş haqqı 15 manat civarında ola bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...