Gülən camaatının müsadirə olunan malları nə olacaq? - Açıqlama

Gülən camaatının müsadirə olunan malları nə olacaq? -


Türkiyənin dərnəklər idarəsinin rəhbəri Adnan Ertem Gülən camaatının müsadirə olunan malları ilə bağlı açıqlama verib.

Avropa.info xəbər verir ki, Ertem gülən şəbəkəsinə bağlı olan 129 dərnəyin bağlanaraq dövlət dərnəklər idarəsinin balansına verildiyini söyləyib. Müsadirə olunan obyektlərin istifadəsi ilə bağlı açıqlama verən Ertem bağlanan 129 dərnəyə aid 2 mindən çox obyektin dövlət dərnəklər idarəsinin balansında olduğunu və bu obyektlərin xeyriyyə işlərində istifadə olunacağını deyib.

Müsadirə olunan obyektlərin satışından əldə olunan vəsaitin hamısı vətəndaşlar üçün təhsil, səhiyyə və sosial yardım kimi işlərdə istifadə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
832 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...