AZAL baş verən son hadisələrə görə bəzi reysləri ləğv etdi
Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin iyunun 14, 15 və 16-sı tarixlərinə planlaşdırılan Tel-Əviv, Nyu-Dehli, İslamabad, Ər-Riyad və Tehrana reysləri ləğv edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 14-nə AZAL-ın 5 reysi - Bakı – Tel-Əviv – Bakı (J2 331/332), Bakı – Nyu-Dehli – Bakı (J2 057/058), Bakı – İslamabad – Bakı (J2 143/144), Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204), Bakı – Tehran – Bakı (J2 8017/8018) ləğv edilib.
İyunun 15-nə Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322), iyunun 16-na isə Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322), Bakı – Tehran – Bakı (J2 8017/8018) reysləri baş tutmayacaq.
Qeyd edək ki, Bakı – Təbriz – Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.
AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
48 dəfə oxundu