İqtisadiyyat Nazirliyindəki Apellyasiya Şurası nəyə xidmət edəcək? – RƏSMİ

İqtisadiyyat Nazirliyindəki Apellyasiya Şurası nəyə xidmət edəcək? –


Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, artıq yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yanında Apellyasiya Şuralarının yaradılmasına başlanılıb. Modern,az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil etdiyi nazirlikdə yaradılan Apellyasiya Şurası haqqında jurnalistlərə açıqlama verib.

O bildirib ki, burada məqsəd sahibkarlar, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən mərkəzi icra hakimiyyəti, yaxud da yerli icra hakimiyyəti orqalarının verdiyi qərarlardan, onların hərəkətsizliyindən daxil olan şikayətləri araşdırıb qərar qəbul etməkdir. Nazir müavini əlavə edib ki, əgər nazirliyin fəaliyyət sahəsinə dair hansısa sahibkarlıq subyekti tərəfindən şikayət daxil olarsa, bu məsələyə də qanunvericik çərçivəsində baxılıb qərar qəbul olunacaq:

"Şuranın tərkibinə İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin nümayəndələri daxildir".

Şuraya ediləcək müraciətlərin hansı formada olacağına da aydınlıq gətirən S. Məmmədov bildirib ki, müraciətlər həm elektron qaydada, həm də "195-2" çağrı mərkəzi vaxisəti ilə ediləcək. "Nazirlik də bu çağrı mərkəzinə qoşulub. Mərkəzə daxil olan bütün müraciətlərə dərhal operativ reaksiya verilir".

Məişət sertifikatlarının verilməsinin 1 günə endirilməsi məsələsinə də toxunan nazir müavini qeyd edib ki, sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı prezidentin tapşırığına uyğun şəkildə çox operativ və əhəmiyyətli işlər görülür:

"İqtisadiyyat Nazirliyi tərəfindən də məişət sertifikatlarının verilməsi həyata keçirilir. Bu prosesə sərf olunan vaxtın azaldılması məqsədi ilə müddət əhəmiyyətli şəkildə aşağı salındı. Bu da sahibkarlığın inkişafından mühüm addımlardan biridir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
900 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...