DTX-nin həbs etdiyi Nəzakət Məmmədova haqda qərar... - DETALLAR

DTX-nin həbs etdiyi Nəzakət Məmmədova haqda qərar... -
Xarici ölkəyə casusluqda ittiham olunan politoloq Nəzakət Məmmədovanın haqqında həbs qətimkan tədbirinin müddəti növbəti dəfə uzadılıb.

Bu barədə Səbail Rayon Məhkəməsinin spikeri Rəna Qafarova məlumat verib.

“Mart ayının 15-də istintaq orqanının təqdimatına baxılıb və onun barəsində həbs qətimkan tədbirinin müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.2 maddəsinə əsasən (xüsusilə ağır cinayətlər üzrə - red.) 5 ay uzadılıb”, - R. Qafarova bildirib.

Qeyd edək ki, bundan əvvəl ötən il noyabrın 19-da keçirilən məhkəmə iclası zamanı Nəzakət Məmmədovanın həbs müddəti 4 ay uzadılmışdı.

Nəzakət Məmmədova ötən ilin 20 oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb.

axar.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
291 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...