“Embawood”un sahiblərindən olan Aytac Qasımova ilə Günay Səmədova yeni obyekt tikirlər
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Aytac Mehdi qızı Qasımova və Günay Mehdi qızı Səmədovaya Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində 513,43 kv. metr sahəsi olan obyektin tikintisi üçün icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.
Məlumatda göstərilir ki, obyektin tikintisinə 28 dekabr 2023-cü il tarixli ETİ-93/23 saylı sənəd əsasında icazə verilib.
Açıqlanan məlumatlarda göstərilir ki, 10 fevral 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-520/2023 saylı, həmçinin 14 mart 2023-cü il tarixində tikinti layihəsinə dair BER-22/082 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən obyekt 1 mərtəbəli və tikinti sahəsi 580 kv. metr olacaq.
Məlumat üçün bildirək ki, obyektin tikintisinə icazə alan şəxslər – Aytac Mehdi qızı Qasımova və Günay Mehdi qızı Səmədova mebel istehsalı və satışı sahəsində ölkənin ən böyük şirkətlərindən biri olan “Embawood”un təsisçiləridir. Adları qeyd olunan şəxslərin hər biri “Embawood” MMC-də 10%-lik paya sahibdirlər. Onlar 20%-lik payı 2018-ci ildə əldə ediblər. Onu da qeyd edək ki, “Embawood” MMC-nin əsas pay sahibləri millət vəkili Məşhur Məmmədov və Elşad Abbasovdur. Açıqlanan sonuncu məlumata görə, “Embawood” MMC-nin pay sahibləri aşağıdakı şəxslər olub:
Elşad Abbasov İnşalla oğlu – 23%
Məşhur Məmmədov Şahbaz oğlu – 23%
Polyakova Tamara – 24%
Həsənova Nərminə Altay qızı – 10%
Səmədova Günay Mehdi qızı – 10%
Qasımova Aytac Mehdi qızı – 10%
372 dəfə oxundu