Bayram öncəsi əfv sərəncamı və ya amnistiya aktı olacaqmı?

Bayram öncəsi əfv sərəncamı və ya amnistiya aktı olacaqmı?
Ölkəmizdə bayram öncəsi amnistiya aktlarının, yaxud əfv sərəncamlarının elan edilməsinə dəfələrlə şahid olmuşuq. Maraqlıdır, bəs qarşıdan gələn Novruz bayramı ərəfəsində əfv sərəncamı, yaxud amnistiya aktı olacaqmı?

Moderator.az-a açıqlama verən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bu ehtimalın zəif olduğunu bildirib:

“Guman etmirəm ki, Novruz bayramı ərəfəsində amnistiya altı və ya əfv sərəncamı olsun. Çünki ötən il may ayında cənab Prezident tərəfindən əfv sərəncamı imzalandı. Bu sərəncam 860 nəfər şəxsə şamil edildi. Həmin vaxtın üstündən qısa bir müddət keçib.

Ötən ay Azərbaycanda növbədənkənar prezident seçkiləri oldu, hökumət formalaşdırıldı. Qarşıda isə bizi dünya miqyaslı tədbir – COP 29 gözləyir. Hökumət və parlament üzvləri, dövlət qurumları çox gərgin şəkildə fəaliyyət göstərir. Qarabağın bərpası, yenidən quurlması istiqmaətində də böyük işlər gedir. Ona görə də hesab edirəm ki, Novruz bayramına qısa zaman qaldığı indiki dönəmdə əfv sərəncamının verilməsi ehtimalı elə də yüksək deyil.

Bütövlükdə isə bu, Prezidentimizin müstəsna konstitusyon səlahiyyətidir. Bugünə qədər cənab Prezident tərəfindən 37 əfv sərəncamı imzalanıb. Bunlar çox miqyaslı əfv sərəncamları olub. Prezident bu addımlarında mərhəmət və humanizm prinsiplərini əsas götürüb.

Mən cəmiyyətin gözləntilərini anlayıram. Ola bislin ki gələcək aylarda bu cür addımlar olsun. Amma qeyd etdiyim kimi, Novruz bayramı ərəfəsində belə bir addımın atılacağını güman etmirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
376 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...