Kəlbəcərdə qızıl yataqlarını istismar edən şirkətə sanksiya...

Kəlbəcərdə qızıl yataqlarını istismar edən şirkətə sanksiya...
Ermənistanda aktivlərə malik olan Rusiya şirkəti - Geopromining MMC ABŞ-ın sanksiyalarına məruz qalıb.

Gundeminfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, Vaşinqtonun təqdim etdiyi yeni anti-Rusiya sanksiyalar paketində bu şirkətin də yer aldığı bildirilir.

Məlumata görə, sözügedən şirkətin Ermənistandakı aktivlərinə Zəngəzur Mis Molibden Kombinatı, Zodda yerləşən qızıl mədəninin istismarı da daxildir.

Qeyd edək ki, “Geopromining” şirkətinin işğal dövründə Kəlbəcərdəki qızıl yataqlarını qanunsuz şəkildə istismar etdiyinə dair məlumatlar var. Hətta Vətən müharibəsi ərəfəsində şirkətin Kəlbəcərin azad olunması və qızıl yataqlarına nəzarəti itirməkdən qorxduğu üçün əraziyə çox sayda silah və muzdlu topladığı da iddia edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
398 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...