Yüzlərlə şagirdə təmənnasız dərs deyən müəllim qəzaya düşdü: Vəziyyəti ağırdır - FOTO/VİDEO
Yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alan 49 yaşlı müəllimin sizin yardımınıza ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.
Qeyd edilib ki, hadisə fevral ayının 17-də baş verib:
“Biz Qazax rayonunda yaşayırıq. Elmira Arif qızı Şıxlinski yolu keçən zaman onu maşın vurub. Vəziyyəti ağırdır. Hər iki budunda, qabırğalarında, sinəsində sınıqlar var. Hazırda Gəncə şəhər Memorial Xəstəxanasında müalicə alır. Həkimlər müalicəsi, əməliyyatları üçün 20 min manat vəsait lazım olduğunu qeyd edirlər. Ailənin maddi durumu çox pisdir. Özləri özlərini çətinliklə dolandırırlar. Elmira xarici dil müəllimidir. İki övladı var. Oğlu əsgərlikdədir, qızı isə tələbədir. Yoldaşı hazırda işləmir. Azərbaycan xalqından Elmiranın ayağa dura bilməsi üçün yardım əli uzatmalarını xahiş edirik. Çağırışımıza səs verin. Biz şagirdləri ilə birləşib cəmi 1000 manat toplaya bilmişik”.
Qeyd edək ki, Elmira Şıxlinskaya yüzlərlə şagirdə maddi imkanları əl vermədikləri üçün təmənnasız xarici dil öyrədib.
Ailə ilə əlaqə: (050) 462-20-88.
Kapital Bank: 5239 1517 3126 1403.
302 dəfə oxundu