Sürücülük vəsiqəsi olmayan vəzifəli şəxs ağır qəza törətdi, öldü

Sürücülük vəsiqəsi olmayan vəzifəli şəxs ağır qəza törətdi, öldü
Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əlimədətli ərazi nümayəndəsi Fərrux Cabbarov ağır yol qəzası törədib.

“Qafqazinfo” xəbər verir ki, 1985-ci il təvəllüdlü F.Cabbarovun idarə etdiyi “Lada Priora” markalı avtomobil ötən gecə saat 01 radələrində Quzanlı qəsəbəsi ərazisində qəzaya düşüb. Belə ki, icra nümayəndəsinin sürdüyü avtomobil yoldan çıxaraq ağaca çırpılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin araşdırma zamanı vəzifəli şəxsin sürücülük hüququnun olmaması, avtomobilin başqasına məxsus olması və ona etibarnamənin verilməməsi üzə çıxıb.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Sürücülük vəsiqəsi olmayan vəzifəli şəxs ağır qəza törətdi, öldü



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...