Qaradağda dövlət xidmətinin əməkdaşları təltif edildi

Qaradağda dövlət xidmətinin əməkdaşları təltif edildi
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, RİH-nin müavinləri, şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin şəxsi heyəti iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Xidmətin fəaliyyəti ilə bağlı çıxış edərək bildirdi ki, Azərbaycanda dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Silahlı Qüvvələr hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində dayanıb. Bu gün müasir və güclü orduya sahib olan Azərbaycanda ordu quruculuğu 1993-cü ildən - ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Hərbi təhsil, hərbi səhiyyə sahəsində islahatların aparılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması və gücləndirilməsi sözügedən sahədəki yeniliklərin əsas tərkib hissəsi idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ordu quruculuğu siyasəti bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Son illər aparılan uğurlu islahatlardan biri də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasıdır. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixində imzaladığı fərmanla "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun tətbiqinə başlanıldı. Xidmət yaradıldıqdan sonra müasir standartlara uyğun səfərbərliyin təşkil edilməsi istiqamətində, orduya çağırış məsələlərində mühüm nailiyyətlər əldə olunub.
Azərbaycan dövlətinin, Silahlı Qüvvələrin qarşısında duran ən vacib məsələ Qarabağ probleminin həll olunması, torpaqlarımızı işğaldan azad etmək olmuşdur. Bunun üçün də ordunun güclənməsi, onun maddi-texniki bazasının təmin olunması, gənc nəslin vətənpərvərlik təbliğatı dövlətimizin qarşısında ən əsas vəzifələrindən biri olmuşdur. Orduya gedəcək gənc hərtərəfli hazır olmalıdır. Bu istiqamətdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də mühüm rolu var, çünki gənclərin orduya hazırlığı məsələsi daim diqqətdə saxlanılmalıdır.
Ermənistanın təxribatlarına ordumuzun layiqli cavab verdiyi 44 günlük Vətən müharibəsində yenilməz gücünün növbəti nümayişi kimi vurğulanmışdır.
Ali Baş Komandan cənab İlham Əliyev bu döyüşləri tarixi qələbə kimi xarakterizə edərək Azərbaycan ordusunun döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumun, vətənpərvərlik ruhunun çox yüksək olduğunu bildirmişdir.
Bu gün müharibədən sonrakı dövrlərdə də ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili xidmətin üzərinə əlavə məsuliyyətlər qoyur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsi gənclərin fiziki və mənəvi cəhətdən sağlam olmaları üçün müxtəlif tədbirlər həyata keçirmişdir. Bu görüşlərdə gənclərimizə Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğu aşılanır.
Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin xidmətdə fərqlənən əməkdaşlar təltif edilmişlər.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
285 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...