İcra başçısı şəhid atasını xəstəxanada ziyarət edib

İcra başçısı şəhid atasını xəstəxanada ziyarət edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mütəmadi olaraq şəhid ailələrini, yaralıları, qaziləri hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.
Rayon rəhbəri öz ənənəsinə sadiq qalaraq rayon prokuroru Əli Qurbanovla birlikdə Gəncə Beynəlxalq Xəstəxanasında açıq ürək əməliyyatı keçirən Vətən müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif müəllimi ziyarət edib, onu əhvalını soruşaraq səhəti ilə maraqlanıblar.
Qeyd edək ki, Vətən müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Ağdərə rayonunun Göyarx kəndinə köçmüşdür. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür.
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri Anar Vaqif oğlu Əliyev 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunması əməliyyatında yaxından iştirak etmiş və fərqlənmişdir.
Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə şəhid olmuşdur. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Anar Əliyevin də rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırmışdır.
Sağlığında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Vətən uğrunda", Azərbaycan Respublikası Prezidenti adından Müdafiə nazirinin əmri ilə "Şücaətə görə", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmuşdur.
Polkovnik-leytenant Anar Əliyevə ölümündən sonra isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ən yüksək fəxri ad – “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə Tətər şəhərinin mərkəzi küçələrindən birinə Anar Əliyevin adı verilmişdir.
Həkim şəhid atasının səhhəti barədə məlumat verərək vəziyyətinin normal olduğunu, həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərdiyini bildirib.
İcra başçısı şəhid atasına göstərilən diqqət və qayğıya görə həkim və tibb işçilərinə öz minnətdarlığını bildirib.
Hazırda xəstəxanada əməliyyatdan sonra müalicə alan Vaqif müəllim şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitsr-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıq edib.
İcra başçısı şəhid atasını xəstəxanada ziyarət edib
İcra başçısı şəhid atasını xəstəxanada ziyarət edib
İcra başçısı şəhid atasını xəstəxanada ziyarət edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
245 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...