Daha 8 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqləndi – Siyahı
Dekabrın 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Yeniavaz.com xəbər verir ki, MSK-nın iclasında daha səkkiz nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş Sarvan Kərimov, Mətləb Mütəllimlinin, Abutalıb Səmədovun, Fikrət Yusifovun, Yusif Bağırzadənin, Arzuman Abdulkarimovun, Yunus Oğuzun, Qulamhüseyn Əlibəylinin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Daha sonra MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
Son 8 nəfərlə birlikdə prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
272 dəfə oxundu