Şəhid Əsədov Vüqar Habil oğlunun 40 mərasimi keçirilib

Şəhid Əsədov Vüqar Habil oğlunun 40 mərasimi keçirilib
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Əsədov Vüqar Habil oğlunun cəsədinin qalıqları 30 ildən sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gətirilib. 28.09.2023-cü il tarixində şəhidlə vida mərasimi, bu gün isə 40 məracimi keçiridi.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər. Şəhid Qaradağ rayonu, Lökbatan qəsəbəsində Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Əsədov Vüqar Habil oğlu 1974-ci il iyunun 29-da anadan olub. Vüqar Əsədov 31 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb. Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Əsədov Vüqar Habil oğlu məxsus olduğu təsdiqlənib.


Şəhid Əsədov Vüqar Habil oğlunun 40 mərasimi keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...