Prezident: “Əminəm ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı ticarətin dinamizmi qorunub saxlanacaq”

Prezident: “Əminəm ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı ticarətin dinamizmi qorunub saxlanacaq”
“Əminəm ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı ticarətin dinamizmi qorunub saxlanacaq”.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşündə bildirib.

“Bu ilin əvvəlindən Prezident Vladimir Vladimiroviç Putin ilə biz münasibətlərimizə yaxşı ton, yeni dinamika verdik və il ərzində dəfələrlə görüşdük. Dünən də ikitərəfli gündəliyə aid mühüm məsələlər barədə telefonla danışmaq imkanımız olub. Beləliklə, prezidentlər münasibətlərimizin bütün spektrini müəyyən edir. Əlbəttə, bütün müvafiq strukturlar da bu istiqamətdə fəaliyyət göstərir.

Biz çox şadıq ki, qarşılıqlı ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatır və əminəm ki, bu dinamizm qorunub saxlanacaq. Ona görə ki, bu gün, o cümlədən sizin səfəriniz çərçivəsində müzakirələr qarşılıqlı ticarət potensialını artırmağa şərait yaradacaq”, - dövlət başçısı qeyd edib.

Yükdaşımaların həcmində də yaxşı dinamika müşahidə edildiyini bildirən Prezident İlham Əliyev tranzit yüklərin daşınmasında rekord göstəricilərə nail olunduğunu deyib: “Təqribən 50-60 faiz artım var və artım perspektivi böyükdür. Həmçinin tranzit-logistika infrastrukturu məsələsində, ilk növbədə, ikitərəfli əsasda və əlbəttə, qonşu ölkələr də cəlb edilməklə qarşılıqlı əməkdaşlıq potensialını artıracağıq”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
711 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...