“Bizi vurmaqla hədələyənlər bilsinlər ki, cavablarını yalnız Bakıdan yox, Təbrizdən, Ərdəbildən alacaqlar” – Arif Hacılı

“Bizi vurmaqla hədələyənlər bilsinlər ki, cavablarını yalnız Bakıdan yox, Təbrizdən, Ərdəbildən alacaqlar” –
“İlk dəfə deyil ki, İrandan ünvanımıza hədələr gəlir. Bu ölkənin şovinist rejiminin anti-Azərbaycan siyasətini ifşa etdiyimiz bütün dövrlərdə belə təhdidlərlə, ölüm hədələri ilə üzləşmişik. Bizi Bakıda vurmaqla hədələyənlər də bilsinlər ki, belə fikrə düşsələr, cavablarını yalnız Bakıdan yox, Təbrizdən, Ərdəbildən, o taylı bu taylı bütün Azərbaycandan alacaqlar”.

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

A.Hacılı qeyd edib ki, hədələr qorxuda bilməz: “Bu hədələr bizi qorxutmaz. Çünki, dəqiq bilirik ki, yolumuz haqq yoludur. Azərbaycanın azadlığı, istiqlalı, firavanlığı, bütövlüyü uğrunda müqəddəs mübarizə apardığımızın fərqindəyik. Bu vətən bizimdir. Biz qalib gələcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
635 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...