İran parlamenti sədrinin Azərbaycana səfəri təxirə salınıb

İran parlamenti sədrinin Azərbaycana səfəri təxirə salınıb
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana gözlənilən səfəri təxirə salınıb. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq deyilib.

Səfərin təxirə salınmasının səbəbi göstərilməyib. Qalibafın ziyarətinin daha uyğun bir zamanda baş tutacağı qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan və İran XİN rəhbərlərinin telefon danışığı olub. İran XİN rəhbəri Qalibafın tezliklə Azərbaycana səfər edəcəyinin anonsunu verib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...