"Tarixi Azərbaycanın böyük hissəsi İranın hakimiyyəti altındadır" - İsrail nəşri

"Tarixi Azərbaycanın böyük hissəsi İranın hakimiyyəti altındadır" -
Azərbaycan İsraildə səfirlik açmaq niyyətindədir, lakin texniki problemlərə görə bu sual hələlik təxirə salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə News.israelinfo məlumat yayıb. Mətbuatda yayılan məlumata görə, Azərbaycan İsraildə səfirlik açmaq niyyətindədir. İndi bu məsələ danışıqlarda fəal şəkildə müzakirə olunur.

“İki ölkə arasında diplomatik əlaqələr 30 ildir ki, mövcuddur, lakin Azərbaycan hələ də səfirlik açmayıb, baxmayaraq ki, ölkələrimiz arasında əla münasibətlər var. Dövlətlər bir çox sahələrdə, xüsusən də təhlükəsizlik sahəsində əməkdaşlıq edirlər. Bakı və Qüdsün ortaq düşməni var – İran.

Tarixi Azərbaycanın böyük hissəsi İranın hakimiyyəti altındadır və Tehranda onlar hələ də 1813-cü il Gülüstan müqaviləsinə uyğun olaraq Azərbaycanın şimal xanlıqlarının ərazilərinin Rusiya imperiyasına verilməsi ilə barışa bilməyiblər.

Məlumdur ki, oktyabrın əvvəlində müdafiə naziri Benni Qantz Bakıya səfər edib və onun səfəri zamanı ola bilsin ki, strateji əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Azərbaycan parlamentinin deputatı ötən gün yerli kanallardan birinə müsahibəsində bildirib ki, İsraildə səfirlik açmaq niyyəti var, lakin texniki problemlərə görə təxirə salınır”, – deyə sayt yazıb.

“Kursor” daha əvvəl yazıb ki, İsrail və Azərbaycan ikitərəfli aviasiya sazişi imzalayıblar. Bu, aviaşirkətlərə ölkələr arasında müntəzəm sərnişin və yük reyslərini daha tez-tez yerinə yetirməyə imkan verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...