“Rusiya sülhməramlı kontingentinin mandatını nəyə görə uzatmaq lazımdır?!” - Elmar Məmmədyarov

“Rusiya sülhməramlı kontingentinin mandatını nəyə görə uzatmaq lazımdır?!” -
“Hər görüş bir addım irəli Azərbaycanın xeyrinə nəticələnir. Soçidən əvvəl keçirilən görüşlərdə olduğu kimi, yəqin, hansısa bəyanat təsdiqlənəcək. Gözləyək, görək görüş bitəndən sonra hansı mətnlə çıxış edəcəklər”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın sülhməramlı kontingentinin mandatının 20 il uzadıla biləcəyi barədə açıqlamasına isə belə münasibət bildirib: “2020-ci ildə rus sülhməramlılarının Qarabağda xidmət müddəti 5 il təsdiqlənib. Məntiqlə düşünsək, onsuz da rus hərbi kontingenti Qarabağda 5 illik yerləşdirilib və hələ bu müddət başa çatmayıb. Mandatı nəyə görə uzatmaq lazımdır?!”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...