Rus deputatın Ermənistana girişinə qadağa qoyuldu

Rus deputatın Ermənistana girişinə qadağa qoyuldu
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanda “persona non-qrata” elan edilib.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazıb.

“Bizdə olan məlumata görə, Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub. Həmin andan Ermənistanda o, arzuolunmaz şəxs hesab olunub”, - dey qəzet bildirib.

Qeyd olunur ki, Zatulin ictimai müsahibələrində 44 günlük müharibədə məğlubiyyətə görə dəfələrlə Ermənistan hakimiyyətini ittiham edib.

“Ermənistanın daxili siyasi həyatına müdaxilə edən Zatulin dəfələrlə bəyan edib ki, Nikol Paşinyan getməlidir. O, Ermənistan hakimiyyətini Rusiya ilə münasibətləri parçalamaqda ittiham edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...