ABŞ-dan Rusiyaya “çirkli bomba” xəbərdarlığı

ABŞ-dan Rusiyaya “çirkli bomba” xəbərdarlığı
Rusiya Ukraynaya qarşı nüvə silahı və “çirkli bomba”dan istifadə etsə, bunun ağır nəticələri ilə üzləşəcək.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.


O bildirib ki, Birləşmiş Ştatlar Rusiyaya nüvə silahından istifadənin səbəb olacağı ciddi fəsadlarla bağlı xəbərdarlıq ünvanlayıb.

Prays qeyd edib ki, Rusiyanın “çirkli bomba”dan istifadə etməsi diktatorun qəddarlığının nümunəsi hesab olunacaq.

ABŞ rəsmisi, həmçinin Ukraynanın öz ərazisində “çirkli bomba”dan istifadə etməyə hazırlaşması barədə iddiaları rədd edib və bunun Rusiyanın uydurması olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...