"Bu sənədlər Azərbaycan həqiqətlərinə uyğunlaşdırılmalıdr" - Əli İnsanov

"Bu sənədlər Azərbaycan həqiqətlərinə uyğunlaşdırılmalıdr" -
“Azərbaycanda bu gün 60-a yaxın siyasi partiya fəaliyyət göstərir. 60 siyasi partiya 60 siyasi platforma deməkdir”.

GUNDEMİNFO.AZ APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov deyib.

O bildirib ki, Azərbaycanda artıq siyasətlə məşğul insanlar 60 yerə parçalanıb: “Cəmiyyətimizdə radikallıq meylləri, siyasi mədəniyyətdə, etikada ciddi qüsurlar var. Daha ciddi problem isə dini fanatizmə meylli insanlar var. Deyilənlərin siyasi partiyalara sızmasının qarşısı ciddi şəkildə alınmalıdır. Belə təhlükələrin siyasi partiyalara sızmasının qarşısının alınması layihədə də əksini tapmalıdır. Demokratik Fransanın ermənipərəst prezidenti Makron, yaxud Avropa Parlamentinin illərdir erməniləri dəstəkləyən deputatının fikirlərini, demokratiyanın beşiyi sayılan ABŞ Konsqresində erməni lobbisindən güc alan senatorların səs verdiyi layihələri, qanunları biz əsasmı götürməliyik?! Bu sənədlər Azərbaycan həqiqətlərinə uyğunlaşdırılmalıdr. Azərbaycanda demokratiyanın inkişafına təkan verəcək mükəmməl qanun qəbul edəcəyimizə şübhə etmirəm. Mən çox istərdim ki, bütün siyasətçilərimiz öz rollarını elə oynasınlar ki, bu Azərbaycanın xeyrinə olsun”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
379 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...