Makronun Əliyev-Paşinyan görüşünü təşkil etməkdə məqsədi nədir...

Makronun Əliyev-Paşinyan görüşünü təşkil etməkdə məqsədi nədir...

Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.

Siyasi şərhçi Elman Vəliyev Modern.az-a açıqlamasında bildirib ki, bu görüşün formal olmaması paylaşılan fotodan aydın görünür:

“Amma diqqət çəkən məqamlar var. Makron 14 dekabrda - Şarl Mişelin iştirakı ilə Əliyev-Paşinyan görüşü baş tutan gün Putinə zəng etmişdi. Həmin gün Makron Putinlə Qarabağı da müzakirə etmişdi.

Kremlin yaydığı məlumatda bildirilir ki, Putin Makronu 26 noyabr 2021-ci il Soçi görüşü haqda məlumatlandırıb. O zaman belə çıxır ki, Makron bu görüşü əvvəlcədən planlaşdırıb və Putinlə razılaşıb. Azərbaycan Prezidenti Brüssel səfərinə diplomatik danışıqlar fonunda addımlar atmaq üçün gedib, yəni bildirir ki, biz əməkdaşlığa, diplomatiyaya hər zaman hazırıq. Makron İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan əleyhinə bir neçə əsassız iddialar səsləndirsə də, bu gün Azərbaycan Prezidenti ilə bir masada əyləşmək üçün ricada bulunur.

Burada əsas diqqət çəkən məqam Makronun niyə belə bir görüş istəməsidir. Bildiyimiz kimi, Fransa Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə yaradılan ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir. Ancaq buna baxmayaraq, həmsədr kimi funksional rola malik ola bilmədi. Konflikti Rusiya özü təkbaşına həll etməyə çalışdı.

Avropa İttifaqı öz funksiyasını göstərmək məqsədilə iki tərəfin rəhbərini bir masada əyləşdirmək üçün zəmin yaratdı. Brüssel görüşündə bir çox dövlət rəhbərləri də iştirak edirdi. Fransa prezidenti Makron da bunu bir fürsət kimi dəyərləndirməyə çalışıb. Yəni qoy görsünlər ki, Fransa da iki tərəf arasındakı gərginliyin aradan qaldırılması üçün təşəbbüs göstərir, ancaq əvvəl də dediyim kimi, bu məsələlər Soçi görüşündə müzakirə edilib, yoluna qoyuldu.

Azərbaycan tərəfi humanist bir mövqe sərgiləyir. Bölgədə geopolitik vəziyyət dəyişdikdən sonra bir çoxları Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışır. Azərbaycan həmişə olduğu kimi, bu gün də ədəbi ilə salam verənlərə qapısını açıq qoyur. Bunların arasında Fransa da var. Fransa tərəfi Azərbaycanla münasibətləri nizamlamaqdan ziyan gəlməyəcəyini anlayır”.

Qeyd edək ki, görüşdən sonra Fransa prezidenti Emmanuel MakronTtviter hesabında erməniləri heç vaxt tək qoymacaqlarını və yeni yollar axtardığını da qeyd edib.

Makronun Əliyev-Paşinyan görüşünü təşkil etməkdə məqsədi nədir...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
928 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...