Ermənistan Türkiyə ilə münasibətlərin yaxşılaşdırmaq üçün xüsusi nümayəndə seçəcək

Ermənistan Türkiyə ilə münasibətlərin yaxşılaşdırmaq üçün xüsusi nümayəndə seçəcək
Ermənistan hökumətinin proqramında qeyd olunan ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır. Gundeminfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan öz Facebook səhifəsində yazıb.

“Bu baxımdan, biz Türkiyənin xarici işlər nazirinin münasibətlərin normallaşması üçün xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı bəyanatını müsbət qiymətləndirir, Ermənistan tərəfinin də bu dialoq üçün xüsusi nümayəndə təyin edəcəyini təsdiqləyirik”, - deyə o bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması istiqamətində atılacaq addımları müzakirə etmək üçün xüsusi nümayəndələr təyin edəcəklərini bildirərək, iki ölkənin İstanbul və İrəvan arasında çarter reyslərini də bərpa edəcəklərini bildirib. Çavuşoğlu bildirib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün Azərbaycanla atılan addımları koordinasiya edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...