Həkimlər Saakaşvilinin yemək yeməsinə icazə veriblər

Həkimlər Saakaşvilinin yemək yeməsinə icazə veriblər

Həkimlər aclıq aksiyasından sonra Gürcüstanın keçmiş prezidenti Saakaşviliyə tam qidalanmağa icazə veriblər.

Gürcüstanın həbsdə olan, uzun sürən aclıq aksiyasından sonra müalicəsi davam edən keçmiş prezidenti Mixail Saakaşvili çərşənbə axşamı adi pəhrizinə başlayıb. Həkimlər onun qida ilə bağlı məhdudiyyətlərini aradan qaldırıblar. Gundeminfo.az "Ria-Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin tibbi şurasının üzvü Yelena Qiorqadze bildirib.

"Çərşənbə axşamından etibarən onun pəhriz məhdudiyyəti yoxdur... Ən əsası odur ki, zülal səviyyəsi artıq normaldır. Həmçinin, əvvəllər təyin edilmiş kalium, maqnezium, mikro və makroelementlər kimi tibbi əlavələr tədricən çıxarılır. Analizlər. Normaldır, endokrinoloq işini başa vurub.”, - Giorgadze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Saakaşvili hərəkətsizlik və emosional stress səbəbindən hələ də zəifdir: "İki həftə əvvəl biz məşqlərə başlamaq üçün xahiş etdik. Artıq məşqçi gəlib. Saakaşvilinin məşq etmək həvəsi yoxdur, çünki bu, emosional travma, psixi sağlamlıqla bağlıdır ki, bunu yalnız psixiatrlar qiymətləndirə bilər. Müalicə ilə bağlı əvvəlcə onun diaqnozunu müəyyən edəcəklər”, - Qiorqadze əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...