“Rusiya Ukraynanı işğal edərsə...” - Bayden Putini hədələdi

 “Rusiya Ukraynanı işğal edərsə...”  -
ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskiyə ABŞ və Avropa müttəfiqlərinin “Rusiya Ukraynanı işğal edərsə, onu cəzalandırmaq” üçün qətiyyətli addımlar atacaqlarına inandırıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Bayden ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini çox açıq şəkildə ifadə edib.

Bayden Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə söhbətinin videoyazısını təqdim edib və xəbərdarlıq edib ki, Rusiya Ukraynanı “işğal etsə” ciddi iqtisadi cəzalarla üzləşəcək. Bayden administrasiyası sanksiyaların necə görünəcəyi ilə bağlı təfərrüatları ictimaiyyətə açıqlamayıb.

Amerika və Ukrayna liderləri Rusiyanı gərginliyi azaltmağa çağırıblar və münaqişənin həllində mənalı irəliləyiş əldə etməyin ən yaxşı yolu diplomatiyanın olması ilə bağlı razılığa gəliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...