"Ukrayna böhranının sülh yolu ilə həlli dalana dirənib” - Rusiya XİN

"Ukrayna böhranının sülh yolu ilə həlli dalana dirənib” -

“Hazırkı şəraitdə Ukrayna böhranının sülh yolu ilə nizamlanması üzrə danışıqlar dalana dirənib”.

“Report” TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O deyib ki, Brüsseldən Kiyevə maliyyə dəstəyinin göstərilməsi sülhə töhfə vermir: “Avropa İttifaqı bu yaxınlarda Ukraynanın hərbiləşdirilməsi prosesinə qoşuldu. Dekabrın 2-də isə Aİ Şurası Ukrayna Silahlı Qüvvələrinə hərbi-texniki yardım üçün 31 milyon avro ayrılması barədə qərar qəbul edib”.

Diplomat bildirib ki, Ukrayna üzrə təmas qrupunun və onun işçi alt qruplarının dekabrın 7-dən 8-dək keçirilən iclasları növbəti dəfə nəticəsiz qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1321 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...