Kaş Osmanqızı Xocalıda əsir düşən qızlarımızın yerində olaydı!
“Bu gün mətbuatda yayılan bir videokadr bütün ictimaiyyəti heyrətə saldığı kimi məni də şok vəziyyətə gətirdi. Okeanın o tayında uzun illərdir ki, erməni və ermənipərəst təşkilatların ssenarisi ilə fəaliyyət göstərən, Sevinc Osmanqızı internet tv-də onun apardığı reportaj zamanı efirə qoşulmuş bir anonim qadın “Kaş ki, bizim Prezidentimiz Paşinyan olsun” fikirlərini səsləndirir və bunu isə Sevinc Osmanqızı bir neçə dəfə təkrar edir.
Doğrusu bu süjetə bir neçə dəfə qulaq asdım. Buna baxmayaraq, yenə də eşitdiyimə inana bilmirdim. Fikirlər ermənicə deyil, azərbaycanca səslənirdi”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
M.İbrahimqızı deyib ki, bu fikirlər ancaq qanında erməni qanı olan və ya etnik kimliyi erməni mənsubiyyətli olan insanlar deyə bilər:
“Əslində səsləndirilmiş bu fikirlər bütün Azərbaycan xalqına qarşı təhqirdir. Çünki Prezidenti Azərbaycan xalqı seçir. Bu fikirlər I və II Qarabağ savaşında, torpaqlarımızın azad olunmasında, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizə və onların ailələrinə təhqirdir. Bu gün bizim bir əsgərimiz də Kəlbəcər ərazisində Paşinyanın əmri ilə terrorçu erməni ordusu tərəfindən şəhid olub. İki əsgərimiz Paşinyanın və onun kimi təcavüzkar erməni rəhbərlərinin təlimatı ilə minalanmış ərazilərdə minaya düşüb.
Bu fikirləri səsləndirən anonim qadın və bu fikirlərini təsdiq edən Sevinc Osmanqızı kaş deyəydilər ki, kaş ki, onlar Xocalı faciəsi zamanı əsir və ya girov götürülmüş, zorakılığa məruz qalmış qadın və qızlarımızın yerində olaydılar. Onda Paşinyan rejiminin, erməni faşizminin nə olduğunu anlayardılar. Hesab edirəm ki, bu fikirləri səsləndirən və bu fikirləri təsdiq edənlər heç vaxt Azərbaycan qadını, Azərbaycan anası adlandırıla bilməz”.
1259 dəfə oxundu