"Ukraynanın hərbi əməliyyatının qarşısı alınacaq" - Valeri Gerasimov

"Ukraynanın hərbi əməliyyatının qarşısı alınacaq" -

“Ukraynanın şərqində vəziyyət gərginləşir. Bununla belə Kiyevin Donbasdakı problemi güc yolu ilə tənzimləməsinin qarşısı alınacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov dekabrın 9-da xarici dövlətlərin hərbi atteşeləri üçün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya hücum etməsi hazırlığı ilə bağlı yayılan informasiyalar yalandır: “NATO-ya üzv dövlətlər Rusiya Federasiyası ərazisində qoşunların hərəkətinə daha çox diqqət ayırır. Rusiyanın öz ərazisində hərbi fəaliyyəti haqqında məlumat verməsinə ehtiyac yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1025 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...