Ermənistanda hakim komandada narazılıqlar artır

Ermənistanda hakim komandada narazılıqlar artır
“Ermənistanda hakim komandada etirazlar artır”.

“Report” xəbər verir ki, bu barədə “Fakt” qəzetindəki məqalədə bildirilib.

Qəzetin yazdığına görə, hakim komandada sıravi məmurlar arasında ciddi etirazların artması narahatedici vəziyyət yaradıb: “Bu orta məmur təbəqəsinə də keçib. Etirazların artmasına səbəb komanda üzvlərin münasibətdə yaranan ədalətsizlikdir. Yuxarı dairələr inhisarçılıq edirlər. Onlar ən gəlirli sahələrə nəzarət edərək kef çəkirlər. Sıravi məmurlara artıqlarını bonus şəklində tullayırlar”.

Qəzetə müsahibə verən sıravi məmurlardan biri deyib: “Cəmiyyətin etiraz edən qisminin tüpürcəyini udaraq Baş nazir Nikol Paşinyanı müdafiə edirik. Ancaq nəticədə heç nə əldə etmirik”.

“Fakt” bildirib ki, komanda daxilində sosial ədaləti təmin etmək üçün ümumi qazanın yaradılmasının vacibliyinə eyham vurulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
817 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...