ABŞ Konqresi Ukraynaya 300 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

ABŞ Konqresi Ukraynaya 300 milyon dollarlıq hərbi yardımı təsdiqləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ildə Ukraynaya 300 milyon dollar hərbi yardım göstərilməsini təsdiqləyib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, yardım Ukrayna Silahlı Qüvvələrinə çatacaq.

Qərar ABŞ-ın müdafiə büdcəsinin müzakirəsi zamanı qəbul edilib.

Birləşmiş Ştatların gələn ilki müdafiə büdcəsinin ümumi həcmi 770 milyard dollardır.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya 300 milyon dollar hərbi yardım göstərilməsi haqqında qərarı Senatda da təsdiqlənməlidir. Sənəd Birləşmiş Ştatların Prezidenti Cozef Bayden tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...