Erməni bloger soydaşlarının müharibədə törətdiyi vəhşiliklərdən yazdı
Hollandiyadan Ermənistana repatriasiya olunmuş tərcüməçi, publisist və bloger Nairi Axverdi İrəvanın işğalçılıq siyasətindən, Birinci Qarabağ müharibəsi zamanı erməni səhra komandirlərinin və yaraqlılarının göstərdiyi vəhşiliklərdən danışıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, Ermənistan liderləri erməni cəmiyyətini aşağı salıblar:
“Rəhbərlərimiz bizi pis vəziyyətdə qoydular. Bu, 7 rayonun etnik təmizləməyə məruz qaldığını və bu hekayənin rahatlıqla vətənpərvər azadlıq şüarları ilə işıqlandırıldığını bilməyən, cəhalət içində böyümüş bir çox erməni gəncini şoka saldı. 1-ci müharibədə vuruşmuş ermənilər çox vaxt yaşadıqlarından açıq danışırlar. Bir veteran mənə komandirinin bölməyə Azərbaycan qəbirlərini qazmaq və qızıl diş axtarmaq üçün necə əmr verməsi barədə danışıb. O, komandirin və həmkarlarının hərisliyinə dəhşətlə baxdığını deyirdi”.
Qeyd edək ki, repatriasiya və ya vətənə qayıtma əmlakın, simvolik əşyanın və ya şəxsin könüllü və ya məcburi şəkildə öz sahibinə, mənşəcə aid olduğu yerə və ya vətəndaşlığı olduğu ölkəsinə qayıtmasını ifadə edir
1122 dəfə oxundu