Rusiyadan “3+3” formatına dair AÇIQLAMA

“Rusiya ümid edir ki, Transqafqaz üzrə “3+3” formatında görüşün keçirilməsinə qısa müddət qalıb”.
Rusiyadan “3+3” formatına dair


Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"Bu məsələlər işlənərkən bütün iştirakçıların razılığını almaq lazımdır. Nəticə əldə olunanda görüşün harada keçiriləcəyini açıqlayacağıq. Ümid edirik ki, bu, qısamüddətli məsələdir".

Rudenko qeyd edib ki, tərəflər Gürcüstan “3+3” formatında müzakirələrdə iştiraka hazır olduğunu bildirənə qədər gözləyəcək:

"Biz gürcülərin bu prosesdə iştirakına tam açığıq. Razılıq verilsə, bu görüşün 6 dövlətdən birinin paytaxtında keçirilməsi planlaşdırılır. Gürcüstan hazır olduğunu təsdiqləməsə, kürsü Gürcüstan üçün boş qalacaq. Gürcüstan bunu zəruri hesab edəndə, prosesin eyni tamhüquqlu iştirakçısı olacaq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...