Azərbaycanla açıq gərginlik mərhələsini arxada qoyduq - İran XİN başçısı

Azərbaycanla açıq gərginlik mərhələsini arxada qoyduq -
İranlı nazir vurğulayıb ki, ölkələr arasında mövcud problemlər tədricən həll olunacaq. Azərbaycanla İran arasında açıq müstəvidə gərginlik mərhələsi başa çatıb.

Aznews.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda qonşu ölkələrin XİN rəhbərlərinin Əfqanıstandakı vəziyyətə dair iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarının olduğuna diqqət çəkib. “Düşünürəm ki, biz açıq gərginlik mərhələsini arxada qoyduq”, - İran XİN rəhbəri qeyd edib.

İranlı nazir vurğulayıb ki, ölkələr arasında mövcud problemlər tədricən həll olunacaq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...