"İranın yaratdığı terrorçu qruplar II Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşurdu"
"Son zamanlar İran tərəfindən Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülərək qərəzli mövqe nümayiş etdirilir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, bunun köklü səbəbləri var və Azərbaycana qarşı irəli sürülən iddiaların heç bir əsası yoxdur: "44 günlük Vətən müharibəsində onların ittihamları ilə bağlı ölkə rəhbərliyi tərəfindən faktların təqdim olunması məsələsi ortaya qoyulmuşdu. Aradan bir il ötməsinə baxmayaraq ortaya heç bir fakt qoyulmayıb. Bu gün İran Ermənistanla münasibətlərini dostluq və qardaşlıq səviyyəsinə çatdırıb. İran Azərbaycanın 20% torpağının 30 il müddətində işğal altında qalmasını dəstəkləyib. Bu gün də ölkəmizin tarixi nailiyyətini həzm edə bilməyiblər. 30 illik işğal dövründə İran işbazları ermənilərlə əlbir olublar, evləri və sosial obyektləri talan edərək İran bazarlarında satışını həyata keçiriblər. Onlar digər tərəfdən ekologiyamıza ciddi ziyan vurublar. Meşələri qırıb İrana daşıyırdılar".
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışında vacib məqamlara toxunub: "Cənab Prezident bildirdi ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib
Şübhəsiz, Azərbaycan İranla 132 kilometrlik dövlət sərhəddini bərpa etdikdən sonra onların bu çirkin əməllərinə bütövlükdə son qoyuldu. İşğaldan sonra sərhəddə tutulmuş narkotik vasitələrin həcminin iki dəfə artması bunun əyani sübutudur. Bütün bunlar İranla Ermənistanın ortaq cinayətləridir. İran narkotik vasitələrin işğal altında olan rayonlardan Ermənistana, oradan da Avropaya daşınmasını təmin edirdi. Azərbaycan müharibədən əvvəl də İrana narkotiklərin daşınmasının qarşısının alınması bağlı çağırış edib, ancaq bu çağırışa məhəl qoyulmayıb".
C.Osmanov bildirib ki, İran Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində Ermənistanla birlikdə terror düşərgələri yaratmışdı: "İran qeyri-qanuni yolla həmin düşərgələrə terroristləri gətirir, təlimlər keçirir və yaşayışlarını təmin edirdi. Burada məqsəd Azərbaycanın öz torpaqlarını azad edə bilməməsi idi. İran istəyirdi ki, Ermənistanla birlikdə terrorçu qruplar formalaşdırsın və bu qruplaşmaları Azərbaycan xalqına qarşı istifadə etsin. İranın formalaşdırdığı terrorçu qruplar Vətən müharibəsində Azərbaycan Ordusuna qarşı vuruşurdu. Bu gün Azərbaycan müstəqil və güclü dövlətdir. Heç bir ölkə, xüsusilə də İran əsassız iddialarla Azərbaycanı öz müstəqil siyasətindən döndərə bilməz", - o vurğulayıb.
518 dəfə oxundu