Musa Musayev DSK sədri seçildi

Musa Musayev DSK sədri seçildi
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü Musa Musayev Dairə Seçki Komissiyasının sədri vəzifəsinə seçilib.

O, 20 saylı Nərimanov ikinici Dairə Seçki Komissiyasına rəhbərlik edəcək.

Yeniavaz.com xəbər verir ki, Musa Musayev Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, YAP-ın etimadını doğruldacaq.

Qeyd edək ki, Musa Musayev 2000-2005-ci illərdə Milli Məclisin deputatı, 2006-2010-cu illərdə isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı olub. Keçmiş deputat YAP-ın qurucu üzvlərindəndir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...