“ABŞ “Taliban”dan silahlarını geri qaytarmağı tələb etməlidir”

“ABŞ “Taliban”dan silahlarını geri qaytarmağı tələb etməlidir”
ABŞ -ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın hərbi kontingentinin Əfqanıstandan çıxarılmasını növbəti dəfə tənqid edib.

APA “İnterfax”a istinadən xəbər verir ki, Tramp təkidlə ABŞ-ın Əfqanıstanda qoyub çıxdığı silahların geri alınmasının vacibliyini vurğulayıb.

Keçmiş prezident bildirib ki, 85 milyard dollar xərclənən bütün texnikanın dərhal ABŞ-a qaytarılmasını tələb etmək lazımdır: “Əgər geri qaytarılmasa, əhəmiyyətli bir hərbi güc nümayiş etdirərək Əfqanıstana girməli, ya silahları götürməli, ya da cəhənnəmə bomba atmalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...