“Bu addımı atmasaydıq, Çeçenistan və Dağıstan...” - Putindən ŞOK İDDİA

“Bu addımı atmasaydıq, Çeçenistan və Dağıstan...” -
Hakim Vahid Rusiya Partiyasının qurultayında çıxış edən Prezident Vladimir Putin Əfqanıstanla bağlı açıqlamalar verib.

Gundeminfo.az xəbər verir ki, Rusiya başçısı hazırda Əfqanıstanda çətin və həyəcanverici vəziyyətin yarandığını deyib. “Biz gəlişmələri yaxından izləyirik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqlərimizlə fəal şəkildə əlaqə saxlayırıq. Əlbəttə ki, Əfqanıstanın daxili işlərinə qarışmayacağıq. Silahlı qüvvələrimizi hamının bir-birinə düşmən olduğu qarşıdurmaya daxil etməyəcəyik”, – Putin söyləyib.

Terror təşkilatlarının Qərb ölkələrinin geridə qoyduğu xaosdan istifadə edərək qonşu ölkələrdə gərginliyi artıra biləcəyini qeyd edən Putin bunun Rusiya və müttəfiqləri üçün birbaşa təhdid olduğunu, narkotik ticarəti və qanunsuz miqrasiya problemini artırdığını vurğulayıb.

O, Rusiyanın böyük terror birləşmələrini məhv etməyi bacaran yeganə ölkə olduğunu iddia edib:

“SSRİ-nin Əfqanıstanda təcrübəsi vardı. Şimali Qafqazda böyük beynəlxalq terror qruplaşmaları ilə silahlı qarşıdurmalar baş verdi, əgər biz onları yerlə bir etməsəydik, Dağıstan, Çeçenistan və digər respublikaların sakinləri bu şərlə mübarizədə iştirak etməsəydilər, bu gün Əfqanıstanda baş verən fəlakətlər bizim torpaqlarımızda görülə bilərdi”./teleqraf/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
657 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...