Yaqub Mahmudov: “Cümhuriyyətin qurulması od içində dirçəlişdir”
“Hazırda Avropada islamafobiya baş alıb gedir. Amma Xalq Cümhuriyyəti irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin etmişdi. Cümhuriyyətin qurulmasını od içində dirçəliş hesab edirəm”.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan Modern.az-a verilən məlumata görə, bunu institut direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib.
Yaqub Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyev tarixçilər qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması vəzifəsini qoymuşdu: “Biz imperiyalar yaradan xalqıq. Lakin Azərbaycan xalqına sovet dönəmində saxta tarix təqdim olunmuşdu. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə türk, rus, ərəb, ingilis, ispan, italyan, gürcü və sair dillərdə kitablar ortaya qoymuşuq.
Sovet vaxtı “26 Bakı komissarı” abidəsi toy-düyün yerinə çevrilmişdi. Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürtməklə şüurlarda inqilab etdi. Mən prezidentin bu addımını Nikolay Kopernikin kəşfinə bənzədirəm”.
Akademik deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin adına şübhə edənlər İstiqlal Bəyannaməsini oxusunlar: “Sənəddə çox aydın yazılır ki, dövlətimizin adı Azərbaycan Xalq Cümhuriyyətidir. Mən BDU-nun Tarix fakültəsinin dekanı olan zaman Heydər Əliyev çox böyük tarixçi heyəti topladı və bildirdi ki, Cümhuriyyət dünyaya Azərbaycan Demokratik Respublikası (ADR) kimi yayılıb. Biz məsələni araşdırdıq. Dəfələrlə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevlə görüşdük, sənədlərlə tanış olduq və daha sonra Heydər Əliyevə məlumat verdik. O, bütün materiallarla tanış oldu və göstəriş verdi ki, dövlət İstiqlal Bəyannaməsində olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti adlandırılsın”.
“Türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Dünyanın müxtəlif ölkələrindən Xalq Cümhuriyyəti tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. “Cümhuriyyət İli” çərçivəsində Tarix İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü” və “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” kitablarını çap etdirib”, - deyə institut direktoru bildirib.
Yaqub Mahmudov qeyd edib ki, Cümhuriyyət parlamentinin 1918-ci il dekabrın 7-də yaradıldığını söyləmək düzgün deyil: “Cümhuriyyət dövründə parlamentçilik tariximiz 1918-ci il mayın 27-dən başlayır. 1918-ci ilin mayında Zaqafqaziya Seyminin müsəlman fraksiyası əsasında Azərbaycan Milli Şurası (Azərbaycan parlamenti) formalaşıb. İlk parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir”.
“Arxiv sənədləri sübut edir ki, Andranik nəinki türk kəndlərini, hətta kürd kəndlərini də dağıdıb. İngilis kəşfiyyatının məlumatında bildirilir ki, Andranikə pul ayırmaq lazım deyil və İngiltərə Azərbaycana yardım etməlidir.
Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi yaradılıb”, - deyə akademik bildirib.
Deputat deyib ki, gənc sərkərdə Nuru paşanın ətrafında Cümhuriyyət generalları toplaşmışdı: “Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqı, könüllü xalq dəstələri, o cümlədən Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbib bəy Səlimov və Xosrov bəy Sultanov fəal iştirak edib. 1918-20-ci illərdə, hələ Nuru paşa gəlməmiş Göynük igidləri Şəkidə daşnakların xalqımıza divan tutmasına yol verməyiblər. Gəncəyə gəlib Nuru paşaya məlumat veriblər ki, Şəkidə daşnakları məğlubiyyətə uğratdıq. Nuru paşa çox sevinib. O, Gəncədə Şəkidən gələn 4 böyük dəstə başçısını qəbul edərək, hamısına təşəkkürünü çatdırıb. Nuru paşa deyib ki, daşnaklara qarşı bu cür vuruşmaq lazımdır. Sonra atam “Qara Mikayıl” Nuru paşanın qoşununun tərkibində Biləcəriyə qədər gəlib.
İlhaqçılar Nuru paşanı Milli Şura hökumətinin guya Rusiyapərəst və inqilabi hakimiyyət olmasına, anarxiyaya və xaosa gətirib çıxaracağına inandıra bilmişdilər. Yaranmış böhranı aradan qaldırmaq üçün Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, baş nazir Fətəli xan Xoyski və xarici işlər naziri Məmməd Həsən Hacınskidən ibarət bir heyət Nuru paşa ilə görüşüb danışıq aparmaq istədi. Lakin Nuru paşa “Mən əsgərəm, siyasəti anlamıram, ordunun siyasi müşaviri Əhməd Ağaoğludur. Onunla görüşün” bildirərək Milli Şura üzvlərini qəbul etməkdən imtina etdi. Rəsulzadə ümumi razılığa nail oldu. O, Milli Şuranın sədrliyindən istefa verdi və yeni hökumətin təşkilini Xoyskiyə həvalə etdiyini bildirdi. Bununla da Azərbaycanın dövlət müstəqilliyi qorunub-saxlandı”.
Akademik qeyd edib ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə əlaqədar Azərbaycan-Türkiyə hərbi qardaşlıq abidələri ucaldıla bilər: “Abidənin mərkəzində Nuru paşanın, onun sağında Səməd bəy Mehmandarovun, solunda isə Əliağa Şıxlinskinin heykəllərini təsəvvür edirəm. Qardaşlıq abidələrində Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birlikdə dalğalanmasını istəyirik”.
Tarixçi alim bildirib ki, Osmanlı imperiyasının hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı vardı: “Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinəydilər və bu məsələdə “çibanı kökündən təmizləmək” tərəfdarı idilər. Bu mümkün olmadıqda “Ermənistanın çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər”.
Yaqub Mahmudov qeyd edib ki, müstəqil Zaqafqaziya Federativ Respublikası elan olunduqda, 1918-ci il aprelin 26-da təşkil olunmuş hökumət tərkibində Fətəli xan Xoyski xalq maarifi naziri vəzifəsini tutur: “Qısamüddətli fəaliyyəti dövründə Xoyski Tiflisdə yaradılması qərarlaşdırılan Avropa tipli universitetin Bakıda açılması təklifini irəli sürmüş, sonralar Xalq Cümhuriyyəti dövründə Bakıda universitetin açılmasında mühüm rol oynamışdı”.
1358 dəfə oxundu