“Valideynlər özünü müəllimə göstərmək üçün rüşvət verirlər” — Deputatdan ŞOK AÇIQLAMA

“Valideynlər özünü müəllimə göstərmək üçün rüşvət verirlər” —

“Təhsil sahəsində rüşvət problemlərindən birdəfəlik xilas olmalıyıq”.

Gundeminfo.az xəbər verir ki, bunu “demokrat.az”a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, təhsil sahəsində hər dəfə bu cür xəbərlərin çıxması üzücüdür:

“Təhsil elə bir sahədir ki, orada belə hallar baş verməməlidir. Biz təhsilimizi, təhsildəki mühüm məsələləri müzakirə etməli olduğumuz halda, bunlarla üzləşirik. Bu, yolverilməzdir.

Burada bir neçə tərəf məsuliyyət daşıyır. Bütün məsuliyyəti dövlətin, məktəbin üzərinə qoymaq düzgün olmaz. Valideynlər də məsuliyyət daşıyırlar, onlar da belə şeylərdən çəkinməlidirlər.

Təəssüf ki, bəzən valideynlər özləri də yaxşı görsənmək üçün, özlərini direktora, müəllimə göstərmək üçün bu yollara əl atırlar. Biz birdəfəlik təhsildə bu cür məsələlərdən xilas olmalıyıq. Bu məsələlər bitməlidir, biz bunları müzakirə etməli deyilik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...