“Kontakt Home”un adından kütləvi dələduzluq - Şirkətin müəmmalı seyrçiliyi - ARAŞDIRMA
Sosial şəbəkələrdə “Kontakt Home” mağazalar şəbəkəsinin adından açılan İnstagram səhifəsi vasitəsilə vətəndaşlar aldadılır.
Bakupost.az -a daxil olan şikayətlərə görə, “Kontakt Home”un loqosundan istifadə edən, aylardır fəaliyyət göstərən səhifə hazırda da aktivdir. Bu səhifə vasitəsilə "onlayn satış" adı altında vətəndaşların hesablarından yüksək məbləğdə pullar çıxarılır.
“kantakt_home” adı ilə fəaliyyət göstərən həmin səhifənin 221 min izləyicisi və 4 mindən çox paylaşımı var.
Məlumata görə, artıq bir neçə şəxs səhifənin qurbanına çevrilib. Onlardan biri haqqında Elmar Məmmədov adlı istifadəçi məlumat verib . O bildirib ki, iş yoldaşı səhifədə yerləşdirilən “endirimli iPhone” elanına inanaraq şəxsi məlumatlarını təqdim edib və nəticədə 1000 AZN pul itirib.
Elmar Məmmədovun sözlərinə görə, məlum səhifə yalnız bir gün ərzində müxtəlif insanlardan ümumilikdə 37,000 AZN məbləğində vəsait əldə edib.
Qeyd edək ki, saxta səhifə ilə mağazanın rəsmi İnstagram hesabı arasında yalnız bir hərf fərqi var. Belə ki, rəsmi səhifə kontakt_home, saxta səhifə isə "kantakt_home kimi yazılır. Həmçinin saxta səhifənin paylaşdığı postların altında çoxsaylı rəylər mövcuddur. Bu rəylər real şəxslərin fikirlərinə bənzəsə də, onların saxta profillərdən yazıldığı hiss olunur. Rəylərdə məhsulun vaxtında çatdırıldığı, əməkdaşların nəzakətli, kampaniyaların isə möhtəşəm olduğu bildirilir.
Onlardan bəzilərini təqdim edirik:
Digər şikayətçi Anar İmanoğlu isə bildirib ki, “Kontakt Home” məsələ ilə bağlı heç bir tədbir görmür:
“Araşdırmırlar. 7-8 ay əvvəl də biz zəng etmişdik. Dedilər, dələduzlardır. Özü də linkə keçid edərkən sayt açılan zaman “Kontakt Home”un loqosu və interfeysi açılır. Bir qram fərqlənmir.”
Maraqlıdır, kifayət qədər böyük auditoriyası olan bu səhifə uzun müddətdir fəaliyyət göstərir və Kontakt Home-un adından istifadə edir. Bəs nədən şirkət öz nüfuzunun qayğısına qalmır? Axı indiyə qədər bu səhifənin qeyri-qanuni fəaliyyəti ilə bağlı rəsmi açıqlama yayıb vətəndaşları məlumatlandırmaq, həmçinin onun bağlanması üçün tədbirlər görülə bilərdi. Bəs, nədən bu addım atılmayıb?
Bu suallarla “Kontakt Home”un ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova ilə əlaqə saxladıq. O, Bakupost.az -a açıqlamasında belə saxta səhifələrin olduğunu etiraf etdi:
“Təəssüf ki, “Kontakt”ın adından və etibarlılığından (??) istifadə edən saxta səhifələr olduğunun şahidi oluruq. Müştərilərimizin aldanmaması üçün bu cür halları aşkar etdikdə dərhal şikayət tədbiri görürük. Eyni zamanda, hüquq-mühafizə orqanlarına bu barədə rəsmi müraciət olunub. Bununla yanaşı, belə halların qarşısını almaq üçün mütəmadi olaraq rəsmi sosial şəbəkələrimiz vasitəsilə maarifləndirici paylaşımlar edir və izləyicilərimizi diqqətli olmağa çağırırıq. Xahiş edirik ki, yalnız rəsmi kontakt_home səhifələrimizə etibar etsinlər və şübhəli linklərə daxil olmasınlar.”
38 dəfə oxundu