Sabir Rüstəmxanlı: “Nə qədər yaltaqlıq ruhu olar?”

Sabir Rüstəmxanlı: “Nə qədər yaltaqlıq ruhu olar?”

Xalq şairi: “Ürəyindən ərəb musiqisi keçir, bunu restoranda çaldır. Sən bütün küçəyə ərəb musiqisini niyə yayırsan?”
“Bakıda rus dili çox qol-qanad açıb”.

Bu sözləri “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayımda ziyalı, xalq şairi Sabir Rüstəmxanlı deyib.

Musavat.com xəbər verir ki, S.Rüstəmxanlı millətdə ləyaqət hissinin olmasının vacibliyinə toxunub və bunların ailədə, cəmiyyətdə, məktəbdə aşılandığını deyib: “Bu məsələlər təkcə ziyalını yox, dövlət məmurlarını narahat etməlidir. Yüksək səviyyəli dövlət məmurlarının dilindən eşitmişm. Niyə biz millət olaraq assimlyasiyaya uğrayırıq? İranda bu qədər assimlyasiya olunuruq. Millət olaraq içimizdə başqalarının mədəniyyətini, dilini, ruhunu yaşatmağa bu qədər meyllilyik. Niyə Bakıda rus dili bu qədər qol-qanad açır? İrandan gəlib, 20 ildir yaşayır, amma fars ləhcəsini unuda bilmir. Bu, millətin faciəsidir. Bu, bir kompleks yanaşma tələb edir”.

S.Rüstəmxanlı şəhərin mərkəzində, üzərində ərəb dilində sözlər yazılmış kafe-restoranların olmasına da toxunub. Deyib ki, əgər hansısa yazı ərəb turist üçün onun dilində yazılırsa, paralel olaraq Azərbaycan dilində də yazılmalıdır: “Keçirəm köhnə kitab pasajının yanından, aşağıdan çox gur səslə ərəb musiqisi səsi gəlir. Ürəyindən ərəb musiqisi keçir, bunu restoranda çaldır. Sən bütün küçəyə ərəb musiqisini niyə yayırsan? Orda sənin dilində azanımız, orda da sənin dilində restoran musiqisi səslənir. Bu millət harda nəfəs almalıdır? Bu, mənim azana qarşı fikrim kimi qiymətləndirilməli deyil. Mən müsəlmanam. Allaha duamızı da ərəbcə oxuyaq? Quranı oxuyaq, namazı qılaq. Amma duamı niyə ərəb dilıində oxumalıyam? Restoranlarda niyə ərəb dilində musiqi səslənməlidir?”

Ziyalı eyni zamanda cəmiyyətdə bəzi müraciət formalarının insanların içindəki yaltaqlıq ruhundan xəbər verdiyini vurğuladı: “Bizdə xanımlar və cənablar deyilir. İstənilən adama deyirlər, cənab. Küçədə deyir ki, cənab basçi mənə bu işi tapşırıb. Ya da cənab başçının cənab müavini bunu çatdırıb. Mən də yazmışdım ki, bir azdan deyəcək cənab başçının cənab müavininin cənab köməkçisi... Nə qədər yaltaqlıq ruhu olar? Bu milləti nə qədər içindən sındlırmaq olar? Adamlar qorxu içindədilər. Biri düşünür ki, ay aman birdən bu sözü düz demərəm, məni, qohumlarımı işdən çıxararlar, acından ölərəm. Belə psixoloji gərginlik altında bizim millət yaşaya bilməz. Bizim milləti bu qədər yaltaqlıq, əyilmək mühitində, öz sözünü deyə bilməyəcək mühitdə görmək istəmirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...