Milli Məclisdə boş qalan altı yerin taleyi necə olacaq?

Milli Məclisdə boş qalan altı yerin taleyi necə olacaq?

Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasından, ölkə prezidentinin yeni kadr təyinatlarından sonra hazırda ali qanunverici orqanda - Milli Məclisdə (MM) altı yer boşdur.

Xatırladaq ki, Nazirlər Kabinetinin formalaşdırılması ilə əlaqədar millət vəkillərindən dördü hökumətə cəlb olunublar.

Yəni, millət vəkillərindən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Rövşən Rzayev "Qaçqınkom”un , Fuad Muradov Diasopla İş Üzrə Dövlət Komitəsinin sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunublar.

Qanunvericiliyə görə, ölkə Konstitusiyana görə, hökumətdə yer alan millət vəkillərinin səlahiyyətlərinə xitam verilməlidir.

Xatırladaq ki, ötən ilin yazında ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün onun deputatlıq fəaliyyətinə xitam verilmişdi.

Hazırda onun Xəzər rayonundakı deputat yeri boşdur.

Eyni zamanda, bir müddət öncə millət vəkili Astan Şahverdiyev qəflətən urək tutmasından dünyasını dəyişdi və onun Cəbrayıl rayonu üzrə deputat yeri boşdur.

Azərbaycan iki il müddətinə, təxminən növbəti - altıncı çağırış parlament seçkilərinə (2020-ci ilin yazına - red.) kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) rəhbərsiz qalacaq.

Belə ki, adıçəkilən qurum bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fəaliyyətinə iki illik sanksiya tətbiq edib.

Belə olan halda, yəni, mövcud durumda Azərbaycanda növbədənkənar parlament seçkiləri təyin oluna bilərmi, təyin olunmalıdırmı?

Və ya adıçəkilən şəxslərin yerinə təkrar seçkilər keçiriləcəkmi, bu, gözləniləndirmi?

Bununla bağlı oxu.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib ki, parlament üzvü kimi hökumətdə vəzifə alanların mandatı ilə bağlı məsələ Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən həll ediləcək.

Onun bildirdiyinə görə, Konstitusiyanın tələbi bundan ibarətdir:

"Çünki icra orqanlarında təmsil olunanlar digər hakimiyyət qolunda yer tuta bilməzlər. Əks halda, maraqların konfliktinə yol açılardı.

Üstəlik, hakimiyyətin bölgüsü prinsipinə görə, Nazirlər Kabineti Milli Məclis tərəfindən formalaşan, hesabat verən və istefaya göndərilən bir orqandır.

Məsələnin yaxın zamanlarda həll olunacağına və həmin ərazilər üzrə yeni seçkilərin keçiriləcəyinə ümidvaram. 200 minədək seçici təmsilçisiz qala bilməz. Növbədənkənar parlament seçkilərinə gəlincə, millət vəkili bunu istisna edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...