Müsavat Partiyası başqanının daha bir müavini vəzifəsindən istefa verib

Müsavat Partiyası başqanının daha bir müavini vəzifəsindən istefa verib

Yadigar Sadıqov Müsavat Partiyasının başqanının müavini vəzifəsindən istefa verib. “Report”un əldə etdiyi məlumata görə, o, bununla bağlı ərizə yazıb.

Y.Sadıqov “Report”a açıqlamasında deyib ki, istefa verməsinin səbəbi partiya başqanı ilə fikir ayrılığının olmasıdır: “Bunlar partiyadaxili məsələlərdir”. O bildirib ki, partiyanın Divan üzvü olaraq fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, ötən il Elman Fəttah da partiya başqanının müavini vəzifəsindən istefa verib. Tofiq Yaqublu isə Arif Hacılının imzaladığı sərəncamla başqan müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, bu il Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...