“Ermənistanda hazırda çox acınacaqlı vəziyyət müşahidə olunur”

“Ermənistanda hazırda çox acınacaqlı vəziyyət müşahidə olunur”

Yalnız Azərbaycanla sülh Ermənistanın uğurlu inkişafına gətirib çıxara bilər. Bunu Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov deyib.

“Ermənistanda hazırda çox acınacaqlı vəziyyət müşahidə olunur. Bu ölkədə demoqrafiya və iqtisadiyyat tənəzzül keçirir və yalnız Azərbaycanla sülh Yerevana hər hansı şəkildə kömək edə bilər”, - Hərbi Cərrahların birinci Beynəlxalq Forumunda F.Ələsgərov qeyd edib.

O bildirib ki, Azərbaycan hərbi təbabətin inkişafına böyük diqqət ayırır.

“Bu, təsadüfi deyil, çünki Azərbaycanın əraziləri 20 ildən artıqdır ki, erməni işğalı altındadır”, - dövlət başçısının köməkçisi deyib.

O vurğulayıb ki, Ermənistan qoşunların təmas xəttində təxribatlara əl atır.

“2016-cı ilin aprelində münaqişə fəal fazaya keçdi və bütün dünya düşməndən işğal altında olan ərazilərin 2 min hektarını geri qaytarmağa müyəssər olmuş Azərbaycan ordusunun gücünə şahid oldu”, - F.Ələsgərov bildirib.(virtualaz.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1061 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...