“Cəmil Həsənli Leyla Yunusun əmisioğludur”
YAP Gənclər Birliyinin sədri: “Cəmil Həsənli Leyla Yunusun əmisioğludur”
“Rüstəm İbrahimbəyov daim dövlətinə, vətəninə xəyanət yolu tutub. O, bütün şüurlu fəaliyyətini erməniləri mədh etməyə, Azərbaycanı aşağılmağa yönəldib”.
Bu sözləri Editor.az-a açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov söyləyib.
Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov vətən xainidir:
“Bu adam Azərbaycanın hesabına nüfuz qazanıb. Öz ölkəsinin dəstəyilə tanınmış kinorejisor adını qazanıb. Amma naşükür, xain, satqın olduğu üçün daim xəyanət yolunu tutub. Onun damarlarından azərbaycanlı qanı axmır. Erməni xisləti onun mənəviyyatına çöküb. Cəmiyyət bu adamı çox yaxşı tanıyır. Onun öz şəxsi məqsədləri üçün nələrə əl ata biləcəyini də gözəl bilir. Bu adam sadəcə satqındır və onun bəyanatlarında qeyri-adi bir şey yoxdur. Özünü müxalifətin lideri elan edən Cəmil Həsənli Rüstəm İbrahimbəyovu dəstəkləməklə, onunla həmrəy olduğunu ortaya qoyur. Cəmil Həsənli də Rüstəm İbrahimbəyovun tayıdır. Vaxtilə Leyla Yunusun etdiklərini indi Cəmil Həsənli edir. Görünür Cəmil Həsənli Leyla Yunusun əmisioğludur”.
1234 dəfə oxundu