Azərbaycan prezidenti İtaliya rəhbərliyinə başsağlığı verib

Azərbaycan prezidenti İtaliya rəhbərliyinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın baş naziri Matteo Renziyə məktub göndərib. APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab baş nazir. İtaliyanın cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çoxlu sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirib. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Prezident İlham Əliyev İtaliya prezidenti Serjio Mattarellaya da hadisə ilə əlaqədar başsağlığı verib.

Xatırladaq ki, iyulun 12-də İtaliyada iki qatarın toqquşması nəticəsində 30-a yaxın adam ölüb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...