"Astana sammitinə qədər Xəzərin statusunun müəyyənləşdirilməsi realdır”

 "Astana sammitinə qədər Xəzərin statusunun müəyyənləşdirilməsi realdır”


“Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı iş Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə kimi yekunlaşa bilər”.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzə səfiri, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupun Rusiyadan olan nümayəndə heyətinin rəhbəri İqor Bratçikov deyib. O bildirib ki, razılaşdırılmış həllə nail olmaq üçün baza çox möhkəmdir: “Bu, dənizdə tərəflərin fəaliyyətinin əsas prinsiplərini özündə əks etdirən və ölkə liderləri tərəfindən Həştərxanda imzalanmış siyasi bəyanatdır. İndi əsas məqsəd hüquqi sənədə ümumi yanaşma formalaşdırmaqdır. Qazaxıstan sammitinə kimi Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın razılaşdırılması tamamilə realdır”.

İ. Bratçikov qeyd edib ki, Konvensiya layihəsi gələn həftə Qazaxıstanda toplaşacaq Xəzəryanı ölkələrin xarici işlər nazirləri tərəfindən müzakirə ediləcək: “Güman edirik ki, nazirlər ümumi razılığa gələcəklər və bu razılıq sənəddə öz əksini tapacaq”.

Xatırladaq ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı sammitin bu ilin ikinci yarısı Astanada keçirilməsi planlaşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...