Novruz Məmmədov: "Nalbandyan münaqişənin mərhələli həll variantını dərhal paket variantı etdi"

Novruz Məmmədov: "Nalbandyan münaqişənin mərhələli həll variantını dərhal paket variantı etdi"


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantını dərhal paket variantı etdi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Feysbuk"dakı səhifəsində yazıb.

O qeyd edib: "Nalbəndyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı? Mənim görüşdə iştirakıma gəldikdə isə - bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...