Milli Məclisdə dopinq müzakirəsi

Milli Məclisdə dopinq müzakirəsi


Milli Məclisin Gənclər və idman komitəsinin “İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə yaradılan işçi qrupunun ilk iclası keçirilib.

Parlamentdən verilən məlumata görə, iclasda deputat Fuad Muradov bildirib ki, yeni qanun layihəsinin hazırlanmasında məqsəd bu sahədə qanunvericilik bazasının zənginləşdirilməsidir.

Beynəlxalq Antidopinq Təşkilatının tövsiyəsini nəzərə alaraq Azərbaycan qanunvericiliyində də bu istiqamətdə mühüm addımlar atılacaq. Belə ki, Beynəlxalq Antidopinq Təşkilatı idmançıların 7 mindən artıq dərmandan istifadə etməsinə qadağa qoyub. Bu dərmanlardan istifadə edən idmançılara, federasiyalara sanksiyalar tətbiq olunur. Bu, idmanın inkişafı baxımından dünyada müsbət qiymətləndirilir. Azərbaycanda da bu məsələ diqqət mərkəzində saxlanılır. Gənclər və İdman Nazirliyi nəzdində bununla bağlı müvafiq qurum yaradılıb. Ölkəmiz bu sahədə bir sıra beynəlxalq sənədlərə qoşulub. 2004-cü ildən Dünya Antidopinq Agentliyi də fəaliyyət göstərir.

İclasda çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dopinq probleminin bütün dünyada mövcud olduğunu söyləyib. O, bu problemə qarşı mübarizənin vacib olduğunu, lakin bu mübarizənin ədalətli şəkildə bütün ölkələrə qarşı eyni səviyyədə aparılmalı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün insanların kütləvi şəkildə gündəlik həyatda istifadə etdikləri dərmanlar, ağrıkəsicilər var ki, onların tərkibində də dopinq mövcuddur. Bütün bunlara aydınlıq gətirilməli, mübarizə sonadək aparılmalı və həmin dərmanların satışına nəzarət gücləndirilməlidir. Nazir müavini qeyd edbi ki, xüsusən yeniyetmələrin dopinqdən istifadə etmələri onların inkişaf dövründə problemlərlə qarşılaşmasına səbəb olur və gələcəkdə genofondumuza böyük zərər vura bilər.

Sonra çıxış edən deputatlar Ülvi Quliyev, Adil Əliyev, Rauf Əliyev, Şahin İsmayılov, müvafiq nazirliklərin nümayəndələri və peşəkar idmançılar yeni hazırlanacaq qanun layihəsi ilə bağlı qeyd və təkliflərini bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
852 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...